azturkxeber.az
http://azturkxeber.az

Federasiya Kuboku yarışının qalibləri müəyyənləşib

31-08-2025

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2025-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən, MTB-nin Enduro növü üzrə Federasiya Kuboku yarışı keçirilib. Teleqüllə yaxınlığındakı parkda təşkil olunan yarışda 30-dan artıq idmançı mübarizə aparıb.

2008-ci il və daha yuxarı təvəllüdlü həvəskar idmançılar arasında Qəhrəman Hacızadə fəxri kürsünün 1-ci pilləsinə qalxıb. Əli Hacıyev 2-ci, İbrahim Əliyev isə 3-cü yeri tutub.

2009-cu il təvəllüdlü və daha gənc idmançılar arasında Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri Tahir Quluzadə, Toğrul Məmmədli və Ayaz İsgəndərli müvafiq olaraq ilk 3 pillədə qərarlaşıblar.

Fərqlənən idmançılar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və hədiyyələrlə təltif ediliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031