azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Prezidenti: Qırğızıstanla əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xalqlarımızın sarsılmaz iradəsinin bariz təzahürüdür

31-08-2025

Azərbaycan Prezidenti: Qırğızıstanla əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xalqlarımızın sarsılmaz iradəsinin bariz təzahürüdür

Azərbaycan-Qırğızıstan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xalqlarımızın sarsılmaz iradəsinin və əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində əzmimizin bariz təzahürüdür.

Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarova bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə ünvanlandığı təbrik məktubunda yer alıb.

Məktubunda Prezident Sadır Japarova və qırğız xalqına ən xoş arzularını çatdıran dövlətimizin başçısı İlham Əliyev qeyd edib: “Sizin rəhbərliyiniz altında qardaş Qırğızıstanda genişmiqyaslı quruculuq işləri və islahatlar həyata keçirilərək sosial-iqtisadi tərəqqi sahəsində sanballı uğurlar əldə olunmuşdur. Ortaq mənəvi dəyərlər və tarixi-mədəni köklər ilə bir-birinə bağlı olan ölkələrimiz arasında münasibətlərin hazırkı inkişaf dinamikası məmnunluq doğurur”.

Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin xoş ənənələrini yaşatmaq və möhkəmləndirmək, ikitərəfli və çoxtərəfli qaydada işbirliyini daha da genişləndirmək yolunda birgə səylər bundan sonra da müvəffəqiyyətlə davam etdiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031