azturkxeber.az
http://azturkxeber.az

Milli komandamız daha bir uğura imza atıb

28-08-2025

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr arasında dünya çempionatında milli komandamız daha bir uğura imza atıb.

-60 kq çəki dərəcəsində çıxış edən Zeyd Ələsgərov bürünc medal qazanıb. İdmançımız əvvəlcə yunanıstanlı Aleksandros Polixronidis və braziliyalı Lukas Yamamotoya ipponla qalib gəlib. 1/4 finalda Yernur Batırğalıya (Qazaxıstan) məğlub olan cüdoçumuz təsəlliverici görüşdə macar Botond Kunyikini yuko ilə üstələyib. Həlledici qarşılaşmada isə yapon Toai Haşimaya ipponla qalib gələn təmsilçimiz mundialı üçüncü pillədə başa vurub.

Qeyd edək ki, dünən -50 kq çəki dərəcəsində tatamiyə çıxan Anar Quliyev də eyni nəticə ilə yadda qalmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031