azturkxeber.az
http://azturkxeber.az

Milli Kitabxanada Sierra (LSP) – avtomatlaşdırılmış kitabxana idarəetmə sisteminə keçidlə bağlı onlayn görüş keçirildi

28-08-2025

28 avqust 2025-ci il tarixində Azərbaycan Milli Kitabxanasında Clarivate ailəsinə daxil olan Innovative Interfaces şirkətinin Strateji Məhsul Satış Meneceri Nabil Saadallah və şirkət əməkdaşı Lyaziza Mukaşeva ilə onlayn görüş keçirilib.

Görüş zamanı Milli Kitabxananın fəaliyyətində gələcək mərhələdə Sierra avtomatlaşdırılmış kitabxana idarəetmə sisteminə keçid planları müzakirə olunub. Nabil Saadallah Sierra sisteminin üstünlükləri, kitabxana xidmətlərinin optimallaşdırılması və istifadəçilərə təqdim olunacaq yeni imkanlar barədə ətraflı məlumat verib.

Milli Kitabxananın rəhbərliyi Sierra platformasının tətbiqi prosesində nəzərə alınacaq proseslər, eyni zamanda yerli kitabxana şəbəkəsinə uyğunlaşdırma imkanları barədə təkliflərini veriblər.

Qeyd edək ki, hazırda Azərbaycan Milli Kitabxanasında Virtua sistemi fəaliyyət göstərir. Gələcəkdə nəzərdə tutulan Sierra platformasına keçid isə Virtua-nın davamı və daha təkmil versiyası kimi dəyərləndirilir.

Görüş qarşılıqlı əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli addım kimi qiymətləndirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031