DİN: 20 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 27-də ümumi çəkisi 19,7 kiloqramdan artıq narkotik vasitə, kultivasiya yolu ilə yetişdirilmiş 244 ədəd çətənə kolu və 201 ədəd psixotrop tərkibli həb aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.