Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən birotaqlı mənzildə yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və vətəndaşın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
FHN-in qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaş, 1987-ci il təvəllüdlü Muqamov Teymur Musa oğlu xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində qonşu mənzillərin sakinləri təxliyə edilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Bu gün Fövqəladə Hallar Nazirliyinin işçiləri peşə bayramını qeyd edirlər
Bakıda yaşayış binasında partlayış baş verib - VİDEO - FOTO
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri