azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanda telekommunikasiya sahəsində yeni dövlət standartları qəbul edilib

28-08-2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ITU-T L.1330:2025 – “Telekommunikasiya şəbəkələri üçün enerji səmərəliliyinin ölçülməsi və göstəriciləri”, o cümlədən AZS ITU-T G 827:2025 “Beynəlxalq başdan sona sabit bit sürətinə malik rəqəmsal ötürmə xətlərinin səmərəlilik parametrləri və tələbləri” yeni dövlət standartları qəbul edilib.

AZSTAND-dan bildirilib ki, bu standartlar mobil və stasionar şəbəkələrdə avadanlıqların enerji istehlak göstəricilərinin müəyyən olunması, müqayisəsi, optimallaşdırılması üçün texniki əsas və ötürmə xətlərinin parametrlərini təmin edir. Beləliklə, sözügedən dövlət standartlarının tətbiqi rabitə operatorlarına enerji istehlakını səmərəli idarə etmək, istismar xərclərini azaltmaq, ətraf mühitə mənfi təsirləri minimuma endirmək imkanı yaradacaq.

Yeni dövlət standartları “İnformasiya-kommunikasiya texnologiyaları” sahələrinin standartlaşdırılması üzrə (AZSTAND/TK 05) Texniki Komitə tərəfindən konsensus əsasında qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Qeyd edək ki, AZS ITU-T L.1330:2025 – “Telekommunikasiya şəbəkələri üçün enerji səmərəliliyinin ölçülməsi və göstəriciləri” və AZS ITU-T G 827:2025 “Beynəlxalq başdan sona sabit bit sürətinə malik rəqəmsal ötürmə xətlərinin səmərəlilik parametrləri və tələbləri” yeni dövlət standartları Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) tövsiyələri əsasında hazırlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031