azturkxeber.az
http://azturkxeber.az

Ağdamda şiddətə məruz qalmış azyaşlıların hüquqlarının müdafiəsi Ombudsmanın diqqət mərkəzindədir

28-08-2025

Məlumat üçün bildiririk ki, mediada Ağdam rayonunda atası tərəfindən döyüldüyü iddia edilən 2 azyaşlı uşağın xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat yayımlandığı andan etibarən məsələ Ombudsman Aparatı tərəfindən araşdırılır, uşaqların vəziyyəti nəzarətdə saxlanılır.

Hazırda 2023-cü il təvəllüdlü uşaq Ağdam Rayon Mərkəzi Xəstəxanasında həkim nəzarəti altındadır. 2024-cü il təvəllüdlü uşağın isə Respublika Neyrocərrahiyyə Xəstəxanasına əməliyyat olunduğu və hazırda vəziyyətinin ağır olduğu müəyyən edilib.

Məsələ ilə bağlı Ombudsman Aparatı tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Ağdam Rayon İcra Hakimiyyətinə sorğular göndərilib.

Uşaqların hüquqlarının qorunması, zorakılıqdan müdafiəsi və valideynlərin əməllərinə qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi məsələsi tərəfimizdən nəzarətdə saxlanılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031