azturkxeber.az
http://azturkxeber.az

Prezident İlham Əliyevin Kəlbəcər Səfəri: Tarixin Yeni Səhifəsi

27-08-2025

Prezident cənab İlham Əliyevin işğaldan azad edilmiş rayonlarımıza hər səfəri tarixə əlamətdar bir gün kimi yazılır. Prezidentimiz bu səfərləri zamanı öz yurd yerlərinə qayıdan soydaşlarımızla görüşür, yeni yaşayış evlərinin, sosial obyektlərin, müəssisələrin açılışında və təməlqoymasında iştirak edir.

Belə əlamətdar günlərdən biri də Kəlbəcərdə baş tutdu, belə ki, bura ilk köç başladı. Prezident cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Kəlbəcərlilərlə görüşdü. Prezidentimizin "əziz Kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz" sözləri hər birimizdə, xüsusən də Kəlbəcərlilərdə böyük qürur hissi yaratdı və onların üzlərindəki xoşbəxtliyi, sevinci görməmək mümkün deyildi. Görüşdə çıxış edən Prezident cənab İlham Əliyev Azərbaycan xalqının iradəli, qəhrəman, öz yurduna bağlı bir xalq olduğunu vurğuladı. Məhz xalqımızın fədakarlığı, qəhrəmanlığı, Müzəffər Ali Baş Komandanımızın müdrik, qətiyyətli siyasəti nəticəsində torpaqlarımızı işğaldan azad etdik, eləcə də haqqı, ədaləti bərpa etdik.

Artıq Kəlbəcər nəinki regionun, dünyanın ən gözəl, füsünkar bir məkanına çevrilmişdir. İşğal dövründə çətin vəziyyətdə yaşayan Kəlbəcərlilər indi dövlətimiz tərəfindən tikilən ən müasir, geniş evlərdə yaşayacaqlar, insanlar işlə təmin olunacaqlar. 32 ildən sonra evlərinə dönən Kəlbəcərlilər üçün bu gün ən şərəfli gün idi.

AXC-Müsavat cütlüyünün iqtidarı dövründə rəhbərliyin satqınlığı və səriştəsizliyi sayəsində Kəlbəcər ermənilər tərəfindən işğal edildi. Kəlbəcərin işğalı digər şəhərlərimizin də işğalına səbəb oldu və Ermənistanla Qarabağ arasında böyük əlaqə yarandı.

2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin dahi komandanlığı sayəsində torpaqlarımızın böyük hissəsini savaş yolu ilə azad etdik və ölkə başçımızın müdrik siyasəti nəticəsində Kəlbəcəri bir güllə atmadan, şəhid vermədən işğaldan azad etdik. İşğal dövründə ermənilər Kəlbəcəri tamamilə dağıtmış, təbiətini məhv etmişdilər.

Vətən müharibəsində qalib gəlməyimizə baxmayaraq Prezident cənab İlham Əliyev Azərbaycanın sülh tərəfdarı olduğunu bütün dünyaya bəyan etdi. Bu gün Azərbaycanla Ermənistan arasında sülhün yaranması üçün əlverişli şərait yaranmışdır, lakin istər Ermənistanda, istərsə də xaricdə sülhə mane olmaq istəyən ölkələr və qüvvələr var. Bu səbəbdən Prezident cənab İlham Əliyev Azərbaycan Ordusunun güclü olmasının labüdlüyünü vurğuladı. Ordumuz hər il güclənir, ən müasir silahlarla təchiz edilir və yeni peşəkar hərbi birləşmələr yaradılır. Azərbaycan hər zaman sülhün, əmin-amanlığın tərəfdarı olmuşdur. Buna baxmayaraq istənilən təcavüzün qarşısını ala biləcək güclü ordumuz da mövcuddur. Ölkə başçımızın çıxışında Azərbaycan Ordusu barədə söylədiyi fikirlər Azərbaycana qarşı yönəlmiş ölkələrə və qüvvələrə bir mesaj idi. Bu gün Füzulidə, Zəngilanda, Ağdamda, Laçında, Kəlbəcərdə və digər şəhər və kəndlərimizdə aparılan quruculuq və abadlıq işləri dünyaya bir mesajdır ki, Azərbaycan qəhrəman, döyüşkən xalq olmaqla yanaşı sülhsevər, qurub- yaradan, xarabalıqları cənnətə çevirməyi bacaran bir xalqdır.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031