azturkxeber.az
http://azturkxeber.az

Hüseynovlar ailəsinin Ağdama qayıdışı

27-08-2025

Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına qayıdış prosesi davam edir. Ağdamın #Xıdırlı kəndinə qayıdan Hüseynov Ərəstun və Hüseynova Şərifənin hissləri bu tarixi anın nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir.

Ərəstun bəy bu anı sözlə təsvir etməyin qeyri-mümkün olmadığını bildirərək, "32 ildən sonra qayıtmışıq. Bunu sözlə təsvir etmək mümkün deyil," deyib. Şərifə xanım isə "Elə bil ki, həyatımız yurdumuzdan çıxdığımız illərdə donub qalmışdı. Ağdamsız bu illəri biz, demək olar ki, yaşamamışıq. Köçkünlük həyatımız sona çatıb. Bundan sonra doğma Qarabağda, öz evimizdə yaşayacağıq," sözləri ilə yaşadığı böyük hissləri ifadə edib.

Bu sözlər illərlə öz yurd həsrəti ilə yaşayan minlərlə azərbaycanlının duyğularını əks etdirir. Qayıdış onlar üçün yeni bir həyatın başlanğıcı deməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031