azturkxeber.az
http://azturkxeber.az

DİN BNMİ-nin əməkdaşları ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən 62 kq narkotik aşkarladı

27-08-2025

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması məqsədi ilə sərhədyanı bölgələrdə əməliyyatlar davam etdirilir. Lənkəran rayonunda keçirilən növbəti əməliyyat zamanı 1978-ci il təvəllüdlü, Lerik rayon sakini Nazim Fərəcov tutulub. Ondan 62 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və tiryək aşkarlanıb.

Qeyd edək ki, N.Fərəcov şübhə oyatmamaq üçün narkotik vasitələri çatdırdığı ünvanlara ailə üzvləri ilə birlikdə gedib. Aparılan araşdırmalar zamanı onun ayrı-ayrı vaxtlarda şəxsiyyətləri araşdırılan İran vətəndaşları ilə əlbir olub ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiyi sübuta yetirilib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031