"Xankəndi: Xanın kəndi" broşürü

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirir.
Bu tədbirlər çərçivəsində Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə "Xankəndi: Xanın kəndi" adlı broşür hazırlanaraq 3 dildə (Azərbaycan, ingilis və rus) çap edilmişdir. Broşürda Prezident İlham Əliyevin 21 dekabr 2023-cü ildə Xankəndi şəhərindəki çıxışından bir parça verilmişdir.
Tanınmış tədqiqatçı-jurnalist Vasif Quliyevin müəllifi olduğu broşürdə Xankəndinin qədim Azərbaycan diyarı olduğu, təməlinin Qarabağ xanı Pənahəli bəy Cavanşir tərəfindən qoyulduğu və Azərbaycan memarları tərəfindən böyük bir şəhərə çevrildiyi qeyd olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: