azturkxeber.az
http://azturkxeber.az

Xalqımızın Qüruru və Nümunəsi – Mehriban Əliyeva

26-08-2025

Hər bir xalq özünün layiqli övladları, yetişdirmələri ilə tanınır, dünyaya çıxır, uğur qazanır. Bu baxımdan, xalqımızı, millətimizi bəxti, şansı gətirənlərdən saymaq olar. Çünki uzun əsrlərdən, yüz illiklərdən bu yana xalqımızın tarixində, qismətində çox böyük oğul və qızları, mütərəqqi, parlaq zəkaları, tarixi şəxsiyyətləri, ziyalıları olub. Onlar hər biri öz fəaliyyəti ilə həm xalqımızın, həm dövlətimizin və dövlətçiliyimizin tarixinə, həm də dünya tarixinə öz möhürlərini vurub, adlarını tarixə, yaddaşlara qızıl hərflərlə həkk etdiriblər. Xalqımızın belə mütərəqqi, parlaq zəkaya malik övladlarından biri də ölkəmizin Birinci xanımı, Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevadır. Mehriban xanım istər zamanında həkimlik, istərsə də, ictimai, siyasi, humanitar fəaliyyəti ilə digərlərindən fərqlənib, seçilib, harada olubsa, öz imzasını atıb, öz möhürünü vurub. Yaradıcısı, qurucusu, rəhbəri olduğu Heydər Əliyev Fondu son 21 ildə öz xeyirxahlıq, insanpərvərlik missiyası ilə dünyaya səs salıb, dünyada tanınıb. Bu Fondun həyata keçirdiyi, gördüyü işlərin sayı-hesabı, misli-bərabəri yoxdur, özü də nəinki Azərbaycan hüdudlarında, həmçinin, Azərbaycan hüdudlarından, sərhədlərindən kənarda. Hamı bu Fonda, Mehriban xanıma mərhəmət, şəfqət ünvanı, rəmzi kimi baxır, onları özünün himayəçisi hesab edir. Budur Mehriban xanımın özəlliyi, budur Mehriban xanımın fərqliliyi, budur Mehriban xanımın müstəsnalığı. Mehriban xanım ölkənin ilk Birinci vitse-prezidenti kimi fəaliiyət göstərir və bu illər ərzində də həm ona yüksək etimad göstərən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, həm də bütövlükdə cəmiyyətimizin, Azərbaycan vətəndaşlarının etimadını, güvənini tam mənada doğruldub və bu gün də doğrultmaqdadır. Üzərinə düşən, öhdəsinə götürdüyü ağır, cətin, şərəfli missiyanı layiqincə, çox uğurla yerinə yetirməkdədir. Mehriban xamın daim ölkə Prezidenti ilə qoşa qanad kimi addımlayaraq, onunla birlikdə Azərbaycan naminə fəaliyyətdə böyük fədakarlıqlara, zəhmətlərə imza atmaqdadır. Bu, elə hesab edirəm ki, bütövlükdə hər birimizin uğuru, iftixar hissi və qürur mənbəyidir. Fəxr edir və qürur hissi keçiririk ki, Mehriban xanım kimi şəfqətli, mərhəmətli, rəhmli, ədalətli, xeyirxah Birinci Vitse-prezidentimiz, Birinci ledimiz var.

Bu gün Mehriban xanımın doğum günüdür. Bu əlamətdar gün münasibəti ilə də onu ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür, ictimai, siyasi fəaliyyətində, şəxsi və dövlət həyatında parlaq zəfərlər, qələbələr diləyirəm. Qoy bütün gözəlliklər Sizin olsun, əzizimiz, dəyərlimiz Mehribanımız!

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri,

Biologiya elmləri doktoru, professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031