azturkxeber.az
http://azturkxeber.az

RİNN-də Koreyanın İKT-nin Təşviqi Assosiasiyasının sədr müavini və baş icraçı direktoru ilə görüş keçirilib

26-08-2025

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Koreyanın İKT-nin Təşviqi Assosiasiyasının sədr müavini və baş icraçı direktoru Çhanqhi Li ilə görüş keçirilib.

Görüşdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycanda rəqəmsallaşma və innovasiya ekosisteminin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Nazir müavini bildirib ki, 2025-ci ildə bu sahədə iki milli strategiya - “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” qəbul edilib.

Eyni zamanda görüşdə iki ölkə arasında telekommunikasiya, kibertəhlükəsizlik, süni intellekt, kadr potensialının artırılması, təlimlərin təşkili ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Həmçinin Koreya texnologiya şirkətlərinin ölkəmizdə nümayəndəliklərinin açılması, bilikəsaslı birgə müəssisələrin yaradılması imkanları barədə fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031