azturkxeber.az
http://azturkxeber.az

Laçında IX “Muğam” Televiziya Müsabiqəsinin Qalibləri Məlum Oldu

26-08-2025

Laçında IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi baş tutub.

Müsabiqənin final mərhələsində qaliblərin adı açıqlanıb və onlar mükafatlandırılıblar.

8-16 yaşında yeniyetmələr arasında birinci yerə Əhəd Ağayev, ikinci yerə Murad Nəbizadə, üçüncü yerə isə Kənan Tağızadə layiq görülüb.

16-30 yaşında gənclər arasında müsabiqədə birinci yerə Aytac Bəybalayeva, ikinci yerə Nərmin Mirzəyeva, üçüncü yerə isə Rəis Niftəliyev seçilibdir.

Müsabiqənin münsiflər heyətinin kürsüsündə Xalq artistləri Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi əyləşibdir.

Qeyd edək ki, müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031