azturkxeber.az
http://azturkxeber.az

Keçmiş məcburi köçkünlər Mehriban xanım Əliyevanı təbrik edirlər

26-08-2025


Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qaçqınlara və məcburi köçkünlərə həssas münasibəti, onların sosial məsələlərinin həllinə, təhsilinə, sağlamlığına diqqət və qayğısı mühüm yer tutur. Prezident İlham Əliyevlə birlikdə Qarabağa və Şərqi Zəngəzura hər səfərində Mehriban xanımın doğma yurd yerlərinə qayıdan insanlarla səmimi görüşləri, söhbətləri unudulmaz hadisəyə çevrilir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərdə mədəni-tarixi irsin bərpasında fəal iştirak edir, mənəvi dəyərlərimizin qorunmasına və zənginləşdirilməsinə sanballı töhfələr verir.

Keçmiş məcburi köçkünlər istər didərginliyin çətinliklərini çəkdikləri dövrdə, istərsə də indi Böyük Qayıdışın sevincini, doğma yurda qovuşmaq xoşbəxtliyini yaşadıqları günlərdə onlara göstərdiyi diqqət və qayğıya görə Mehriban xanıma minnətdardırlar. Qarabağdan, Şərqi Zəngəzurdan əziz və hörmətli Mehriban xanıma ad günü münasibətilə ünvanlanan təbriklər bu səmimi duyğunun bariz ifadəsidir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinın hazırladığı təbrik videoçarxını təqdim edirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031