Uşaq evi sosial xidmət müəssisələrinin üç sakini ali məktəbə daxil olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrinin üç sakini ali məktəbə daxil olub.
Agentliyin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakini Nuray Babək qızı Sasani Bakı Xoreoqrafiya Akademiyasının, 4 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakini Ayşən Aydın qızı Quliyeva Gəncə Dövlət Universitetinin, 2 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsinin sakini Zakir Amid oğlu Ələkbərli isə Lənkəran Dövlət Universitetinin tələbəsi adını qazanıblar.
Gənclərimizi bu münasibətlə təbrik edir və gələcək həyatlarında yeni-yeni uğurlar diləyirik!