azturkxeber.az
http://azturkxeber.az

Rumıniya Respublikasının nümayəndə heyəti ilə görüş keçirilmişdir

25-08-2025

25 avqust 2025-ci il tarixində Medianın İnkişafı Agentliyində Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun iştirakı ilə Rumıniya Senatının Mədəniyyət və media komitəsinin sədri, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Auqustin Nikulesku-Tsıqırlaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov da iştirak etmişdir.

Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan və Rumıniya arasında əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyini qeyd edərək media sahəsində tərəfdaşlığın genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkmişdir. O, həmçinin "Media haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlər, habelə media savadlılığının artırılması ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs etmiş, kütləvi informasiyanın istehlakçı tərəfindən təhlilinin vacibliyini vurğulamışdır.

Audiovizual Şuranın sədri İsmət Səttarov isə audiovizual media sahəsində mövcud beynəlxalq əməkdaşlığı diqqətə çatdıraraq bu istiqamətdə təcrübə mübadiləsinin və ortaq layihələrin həyata keçirilməsinin zəruri olduğunu bildirmişdir. O qeyd etmişdir ki, Azərbaycanda audiovizual media mühiti yeni mahiyyət qazanır və xarici tərəfdaşlarla təcrübə paylaşımı məzmun keyfiyyətinin yüksəldilməsinə müstəsna töhfə verir.

Rumıniya Senatının Mədəniyyət və media komitəsinin sədri, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Auqustin Nikulesku-Tsıqırlaş tərəflər arasında təcrübə və resurs mübadiləsinin təşviqinin, eyni zamanda dezinformasiyaya qarşı mübarizə və media savadlılığının artırılması istiqamətlərində birgə təşəbbüslərin mühüm önəm daşıdığını, qarşılıqlı səfərlərin və mediaturların təşkilinin tərəfdaşlığı daha da möhkəmləndirəcəyini bildirmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031