azturkxeber.az
http://azturkxeber.az

Olimpiya çempionlarının azad edilmiş torpaqlara səfərləri gənclərə ruh yüksəkliyi bəxş edir

25-08-2025

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı Azərbaycanın görkəmli idmançılarının azad edilmiş torpaqlara müntəzəm səfərləri gənclər üçün də, uşaqlar üçün də böyük hadisə olacağını qeyd etmişdi. Dövlətimizin başçısının bu çağırışına səs verən idman ictimaiyyəti nümayəndələrinin Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə həmin bölgələrə səfərləri davam edir.

Avqustun 23-24-də Azərbaycanın cüdo üzrə Olimpiya çempionları Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoyev Xankəndi, Şuşa, Laçın və Füzuli şəhərlərinə səfər ediblər.

İdmançılar əvvəlcə Xankəndidə Qarabağ Universitetini ziyarət edərək ali təhsil ocağının yaranma tarixi və fəaliyyəti barədə məlumat alıblar. Daha sonra Xankəndi stadionuna baş çəkib görülən tikinti işlərini izləyiblər. Olimpiya çempionlarımız Şuşa şəhərinə səfər zamanı sakinlər və məktəblilərlə görüşüb, Cıdır düzünü və Şuşa qalasını ziyarət edib, gənclərlə səmimi söhbət aparıb, onlara imzalı şəkillər hədiyyə ediblər.

Səfərin ikinci günü Olimpiya çempionları Laçın şəhərinin Seyrangah ərazisində məktəblilərlə, ardınca Həkəri çayı sahilində gənc idmançılarla görüşüblər.

Səfər çərçivəsində idmançılar Füzuli şəhərindəki 1 nömrəli məktəbdə də olublar. Məktəbin idman zalı ilə tanışlıqdan sonra məktəblilərlə görüş keçirilib, onlar arasında viktorina və müxtəlif yarışmalar təşkil edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031