azturkxeber.az
http://azturkxeber.az

Kəlbəcərdə DOST məntəqəsi fəaliyyətə başladı

25-08-2025

Kəlbəcər rayonunda yeni qurulan DOST məntəqəsinə mediatur təşkil edilib. Media nümayəndələrinə bildirilib ki, DOST konsepsiyası Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq aparılan sosial islahatların mühüm uğurlarından biridir.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, müasir və çevik, tam şəffaf mexanizmlər üzərindən, innovativ əsasda təqdim edilməsinə şərait yaradıb.

İşğaldan azad edilmiş ərazilərimizin də DOST xidmətləri ilə əhatə olunması üçün mühüm işlər aparılır. 2022-ci ilin may ayında Zəngilanın Ağalı kəndində “Smart DOST” məntəqəsi açılıb.

Həmçinin 2023-cü il avqust ayında dövlətimizin başçısının iştirakı ilə Bərdədə açılışı olan Qarabağ Regional DOST Mərkəzi Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Şuşa, Xocavənd, Ağdərə rayonları və Xankəndi şəhərinin sakinlərinə xidmət göstərir. 2024-cü ilin iyun ayında isə Qarabağ Regional DOST Mərkəzinin Şuşada filialı açılıb.

Bu istiqamətdə növbəti addım kimi, həmin Mərkəzin Kəlbəcər rayonunda da DOST məntəqəsi qurulub. Yeni məntəqə Kəlbəcərə köçürülən sakinlərə dövlət sosial xidmətlərinə rahat çıxış əldə etməyə, onlara sosial xidmətlərin “bir pəncərə”dən, müasir və çevik, tam şəffaf mexanizmlər əsasında, vətəndaş məmnunluğuna uyğun göstərilməsinə imkan verir.

Media nümayəndələri DOST məntəqəsində yaradılan şəraitlə, əhaliyə göstərilən xidmətlərlə tanış olublar.

Qeyd edək ki, Kəlbəcər DOST məntəqəsi mobillik və konstruktivlik elementləri ilə müasir üslubda layihələndirilib. Burada eyni zamanda məşğulluq xidmətlərinin, habelə KOBİA əməkdaşları tərəfindən xidmətlərin göstərilməsi, gün ərzində orta hesabla 120-dək vətəndaşın qəbulu nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031