azturkxeber.az
http://azturkxeber.az

Çinin Liaonin əyalətinin nümayəndə heyəti AZPROMO-da olub

25-08-2025

Görüşdə sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparılıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Liaonin Xalq Hökumətinin Xarici Əlaqələr İdarəsinin rəis müavini Cao Honqbinin rəhbərlik etdiyi Çin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş zamanı AZPROMO-nun fəaliyyət istiqamətləri barədə məlumat verilib, Liaonin əyaləti ilə sənaye və kənd təsərrüfatı sahələrində mümkün regional əməkdaşlıq imkanları müzakirə olunub.

Nümayəndə heyətinin rəhbəri Liaonin əyaləti haqqında məlumat verərək, Azərbaycan ilə iqtisadi əlaqələrin genişləndirilməsinə maraqlı olduqlarını bildirib. Tərəflər həmçinin Azərbaycanda və Liaonin əyalətində keçirilməsi nəzərdə tutulan tədbirlər ətrafında fikir mübadiləsi aparıblar. Bildirilib ki, qarşılıqlı iştirak bu tədbirlərin ikitərəfli münasibətlərin, xüsusilə də investisiya sahəsində tərəfdaşlığın inkişafına mühüm töhfə verə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031