azturkxeber.az
http://azturkxeber.az

Sudanda vəba xəstəliyindən 160 nəfər ölüb

24-08-2025

Sudanın Cənubi Darfur ştatında may ayından indiyədək azı 160 nəfər vəbadan ölüb

Bu barədə ştatın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, yoluxucu xəstəliyin aşkar edildiyi may ayından indiyədək 2880 yoluxma və 160 ölüm faktı qeydə alınıb. Təkcə son gündə 42 yoluxma sənədləşdirilib.

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə 2024-cü ilin yayından indiyədək yüz mindən çox sudanlı vəbaya yoluxub, onlardan 2400 nəfərdən çoxu xəstəlikdən vəfat edib. Darfur regionunda silahlı toqquşmalara görə su, ərzaq, təmizlik vasitələri və tibbi xidmət çatışmazlığı xəstəliyin daha da yayılmasına səbəb olur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031