“Sədərək” ticarət mərkəzində yanğın baş verib YENİLƏNİB VİDEO
Xəbər verildiyi kimi, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
FHN-dən bildiriblər ki, havanın küləkli olması yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də qüvvələr tərəfindən ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.
Əlavə məlumat veriləcək.
12:15
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən bildiriblər ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.