azturkxeber.az
http://azturkxeber.az

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilovu qəbul edib

24-08-2025

Göygöl Rayon İcra Hakimiyyətində keçirilən qəbulda Mediasiya Şurası İdarə Heyətinin üzvləri və Göygöl Rayon İcra Hakimiyyətinin məsul şəxsləri iştirak ediblər. Görüşdə müasir dövrün vacib alətlərindən birinə çevrilmiş, cəmiyyətdə sosial, ailə, iş və ya kommersiya sahəsində yaranan mübahisələrin qarşılıqlı anlaşma və dialoq əsasında düzgün şəkildə həlli prosesinə dəstək olan mediyasiya barədə ətraflı söhbət aparılmışdır. 

Qeyd olunmuşdur ki, müasir cəmiyyətlərdə mediasiya sadəcə hüquqi alət deyil - sosial barışın, əməkdaşlıq mədəniyyətinin və empatiyanın təşviqidir. Mediasiya, məhkəmə proseslərinə alternativ olaraq insanlara vaxt və maliyyə baxımından qənaət etməyə, ünsiyyəti bərpa etməyə və ən önəmlisi, əlaqələri qorumağa kömək edir. Burada əsas rol isə mediatora – yəni neytral və qərəzsiz vasitəçiyə məxsusdur. O, tərəflər arasında körpü rolunu oynayaraq, hər iki tərəfin də mövqeyini başa düşür və onları ortaq məxrəcə gəlməyə təşviq edir.

Görüşün yekununda Göygöl 1 Saylı Mediyasiya təşkilatına direktor təyin olunmuş Hümbətov Ceyhun Mirəzim oğlunu təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031