azturkxeber.az
http://azturkxeber.az

Türkiyə Ali Məhkəməsinin prokuroru: Azərbaycanla bilik və təcrübə mübadiləsinə böyük əhəmiyyət veririk

22-08-2025

Azərbaycanın məhkəmə qurumları ilə bilik və təcrübə mübadiləsinə böyük əhəmiyyət veririk.

Bunu Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş Prokurorluğunun prokuroru Ahmet Gökay Aktaş Laçında keçirilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda

beynəlxalq konfransda deyib.

O bildirib ki, qanunun aliliyi, əsas hüquq və azadlıqların təminatı, hakimiyyət bölgüsü kimi prinsiplər müasir konstitusiyaların əsasını təşkil edir: "Konstitusiyanın 30 illik yubileyi təkcə Azərbaycan üçün deyil, dost və qardaş ölkələr kimi bizim üçün də mənalı və qürurverici bir hadisədir.

Türkiyə Cümhuriyyəti Prokurorluğu olaraq dost ölkələrin, xüsusilə Azərbaycanın məhkəmə qurumları ilə bilik və təcrübə mübadiləsinə böyük əhəmiyyət veririk. Ortaq hüquq mədəniyyətimiz, oxşar konstitusiya yanaşmalarımız, qarşılıqlı etimad bu əməkdaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031