azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda Regional Ailə Mərkəzləri yaradılacaq

22-08-2025

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində yaradılacaq Regional Ailə Mərkəzlərinin Şərur və Culfa rayonları üzrə inzibati binalarının tikintisi üçün artıq torpaq sahələri ayrılıb. Cari ildə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mərkəzlərin tikintisinin layihə-smeta sənədlərinin satın alınması xidmətləri ilə bağlı tender sorğusu keçirilib. Nəticələrə əsasən Komitə ilə qalib təchizatçı “BİMD” Qapalı Səhmdar Cəmiyyəti arasında müqavilə imzalanıb. Hazırda Şərur və Culfa şəhərlərində inzibati binaların layihələndirilməsi ilə əlaqədar müvafiq işlər həyata keçirilir.

Regional Ailə Mərkəzlərinin yaradılması ilə Naxçıvan Muxtar Respublikasında ailələrin dəstəklənməsi mexanizmləri daha da güclənəcək, əhalinin sosial xidmətlərə əlçatanlığı genişlənəcəkdir. Prioritetlər sırasında uşaq hüquqlarının təminatına dəstək, ailə dəyərlərinin, gender mədəniyyətinin təbliğ olunması kimi hədəflər var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031