azturkxeber.az
http://azturkxeber.az

Millət vəkili Məlahət İbrahimqızı: Adımdan yayılan yalan məlumatlar böhtandır

22-08-2025

Millət vəkili Məlahət İbrahimqızı sosial şəbəkələrdə adından yazılanlar barədə öz sosial şəbəkə hesabında açıqlama verib:

Son vaxtlar bəzi sosial media platformalarında, xüsusilə də TikTok-da trol fəaliyyəti göstərən kimlərsə mənim adımdan əsassız və yalan dolu provokativ məlumatlar yayırlar.

Növbəti belə şər və yalan məlumat isə bugünlərdə TİK-Tokda yayılmışdır. Bu xəbərə görə guya mən Azərbaycandan getmiş ermənilərə 30 il pensiya verilməsini təklif etmişəm. Bu, tamamilə böhtan və absurd iddiadır.

Mən, Məlahat İbrahim qızı, əslən Qərbi Azərbaycanlıyam. Ailəmin 1987–1991-ci illərdə erməni vandalları tərəfindən mülk və evləri qəsb edilmiş və Qərbi Azərbaycandan qovulmuş yüzminlərlə soydaşlarımızdan biriyəm. Belə bir acı tarixi yaşamış bir insanın bu cür fikir söyləməsi mümkün deyil.

Bu yalanları yayan şəxslərə bir daha xatırlatmaq istəyirəm: provokativ, böhtan xarakterli və troll yazılarından əl çəksinlər. Azərbaycan ictimaiyyəti, eləcə də mənim seçicilərim uzun illərdir mənim mövqeyimi tanıyır və bu cür yalanlara və saxta məlumatlara heç vaxt inanmayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031