azturkxeber.az
http://azturkxeber.az

Kamran Əliyev: "Vaşinqton görüşü Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminində tarixi dönüş nöqtəsidir"

22-08-2025

Baş prokuror: Vaşinqton görüşü Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması baxımından tarixi dönüş nöqtəsidir.

Vaşinqton görüşü Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması baxımından tarixi dönüş nöqtəsidir.

Bunu Baş Prokuror Kamran Əliyev “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda Laçın rayonunda keçirilən

beynəlxalq konfransda deyib.

O bildirib ki, ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanması bu ilin ən mühüm hadisələrindən biridir:

"Bu hadisə Azərbaycanın beynəlxalq aləmdə suveren hüquqlarının tam şəkildə tanınmasının təsdiqidir. Bu diplomatik uğur ölkəmizin artan nüfuzunun, Prezident cənab İlham Əliyevin qətiyyətli və hərtərəfli siyasətinin nəticəsidir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031