azturkxeber.az
http://azturkxeber.az

Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüşlər keçirilib

22-08-2025

Gömrük-biznes əməkdaşlığı çərçivəsində Gəncə və Astara gömrük idarələrinin təşkilatçılığı ilə görüşlər keçirilib.

DGK Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, Gəncə Gömrük İdarəsinin “Yevlax” gömrük postunda keçirilən görüşdə xarici ticarət iştirakçıları ilə yanaşı, gömrük təmsilçiləri də iştirak ediblər.

Görüşdə “Gömrük orqanlarında hüquqpozmaların profilaktikası üzrə fəaliyyətin təşkili”, “Müvəqqəti idxal xüsusi gömrük prosedurunun tətbiqi” mövzularında ətraflı məlumat verilib, idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Astara Gömrük İdarəsində keçirilən görüşdə isə “Hüquqpozmaların profilaktikasına dair metodiki tövsiyyə” barədə təqdimat nümayiş etdirilib, həmçinin gömrük inzibatçılığında aparılan təkmilləşdirilmələr, məmnunluğun artırılması, gömrük-biznes əməkdaşlığının gücləndirilməsi məqsədilə görülən işlər barədə məlumat verilib.

Diskussiya şəraitində keçirilən görüşlərdə biznes nümayəndələrinin rəy və təklifləri dinlənilib, onların sualları ətraflı cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031