azturkxeber.az
http://azturkxeber.az

Zəhərdən uzaq, gələcəyə yaxın – təmiz gələcək!

21-08-2025

“Müstəqil İnkişaf” Gənclər Təşkilatı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə gənclərin maarifləndirilməsi və narkotik vasitələrin fəsadları mövzusu ətrafında geniş müzakirələr aparılıb. Tədbirdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Natiq İsbatov çıxış edərək narkotiklərin cəmiyyətə vurduğu zərərlər, bu bəladan qorunma yolları və dövlətin həyata keçirdiyi mübarizə tədbirləri barədə ətraflı məlumat verib.

Milli Məclisin deputatı Vüqar İskəndərov da iştirakçılara müraciət edərək sağlam həyat tərzinin təbliğinin əhəmiyyətini, gənclərin bu sahədə maariflənməsinin vacibliyini və qanunvericilik səviyyəsində görülən işləri diqqətə çatdırıb.

Tədbir iştirakçıları üçün həm maarifləndirici, həm də faydalı müzakirə mühiti yaradılıb və gənclərə gələcəkdə narkotiklərdən uzaq durmağın önəmi bir daha xatırladılıb.

Zəhərdən uzaq, gələcəyə yaxın – təmiz gələcək!

Narkotikə YOX deyək!

Vuqar İsgəndərov, Milli Məclisin deputatı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031