azturkxeber.az
http://azturkxeber.az

Yanvar-iyul aylarında sosial sahə üzrə 363 min elektron arayış verilib

21-08-2025

Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 363 min elektron arayış verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, son illər əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və digər sahələr üzrə geniş elektronlaşma proqramı çərçivəsində bir çox e-arayış xidmətləri yaradılıb.

Həmin e-xidmətlər vətəndaşlara iş yeri, əlillik, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təminedilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan yaradır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031