azturkxeber.az
http://azturkxeber.az

Göygöl və Samuxdan olan fermerlərə heyvandarlıq sığortası üzrə 53 min manat aqrar sığorta ödənişləri edilib

21-08-2025

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən faydalanan fermerlərin sayı artmaqdadır.

Aqrar Sığorta Fondu ötən həftə Göygöl rayonunda keçirilən Milli Yaylaq Festivalı çərçivəsində Göygöl və Samux rayonlarından olan fermerlərə heyvandarlıq sığortası üzrə növbəti ödənişlər həyata keçirib.

Samux rayonundan olan fermer Qalib Abdullayevə 1 baş heyvanın yemdən zəhərlənərək tələf olmasına görə 4 500 manat, fermer Təbriz Əzizova 3 baş heyvanın yemdən zəhərlənməsi və yoluxucu xəstəlikdən tələf olmasına görə 9 450 manat, fermer Emin Heydərova isə 3 baş heyvanın yemdən zəhərlənməsi və yoluxucu xəstəlikdən tələf olmasına görə 13 500 manat məbləğində aqrar sığorta ödənişi edilib.

Göygöl rayonundan olan fermer Bəhruz Mustafa isə bir neçə baş heyvanın yemdən zəhərlənməsi və yoluxucu xəstəlikdən tələf olmasına görə Aqrar Sığorta Fondundan 25 997 manat məbləğində sığorta ödənişi alıb.

Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun nümayəndəsi Fərid Osmanlı bildirib ki, aqrar sığorta mexanizmi vasitəsilə iri (inək, camış) və xırda buynuzlu (qoyun, keçi) heyvanları sığortalamaq mümkündür. Bu mexanizmi heyvandarlıq təsərrüfatlarını təbii fəlakətlər, yoluxucu xəstəliklər, yemdən, otdan və kimyəvi maddələrdən zəhərlənmə, ilan və həşərat sancması, yanğın, vəhşi heyvanların hücumu, 3-cü şəxsin hərəkəti və sair risklərdən sığortalayır. İndiyədək çoxsaylı fermerlər heyvandarlıq sığortasından faydalanıbğ və tələf olmuş heyvanlara görə Aqrar Sığorta Fondundan sığorta ödənişləri alıblar. 2024-cü ildə Fond tərəfindən edilmiş 6,4 milyon manat sığorta ödənişinin 1,2 milyon manatı heyvandarlıq sığortası üzrə edilib.

2025-ci ilin ilk 6 ayında Aqrar Sığorta Fondu tərəfindən ölkənin müxtəlif ərazilərindəki təsərrüfatlarda 3 231 baş heyvan sığortalanıb, ötən ilin eyni dövrünə nisbətən artım 84% təşkil edib.

Heyvandarlıq sığortası üzrə toplanan sığorta haqqı 1 milyon 640 min manata çatıb. Ötən illə müqayisədə artım 65%, sığorta təminatı məbləği isə 19 milyon 747 min AZN təşkil edib.

Tədbirdə çıxış edən fermer Emin Heydərov 3 baş heyvanın tələf olduğunu, bu səbəbdən Aqrar Sığorta Fondundan 13 500 manat sığorta ödənişi aldığını bildirib. O aqrar sığorta mexanizminin işindən olduqca razı qaldığını bildirərək digər fermerləri də bu imkandan istifadə etməyə çağırıb.

Xatırladaq ki, heyvandarlıq sığortası üzrə tariflər 4,6-4,8% arasındadır. Sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir, nəticədə fermerlər cüzi məbləğ ödəməklə iri və xırda buynuzlu heyvanlarını sığorta edə bilərlər. Nəticədə 1000 manatlıq inək və camışın sığortası 24,5 manat, 300 manatlıq qoyunların sığortası isə cəmi 6,9 manata başa gəlir.

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031