Yanvar-iyul aylarında DOST mərkəzlərində 515 min vətəndaşa xidmət göstərilib
7 ayın sosial göstəriciləri
Bu ilin yanvar-iyul aylarında DOST mərkəzlərində 515 min vətəndaşa xidmət göstərilib.
2019-cu ilin may ayından ötən dövrdə ölkəmizdə artıq 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşada filialı açılıb.
Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən DOST konsepsiyası əsasında dövlət sosial xidmətləri “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.
DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,6 faizdir.