azturkxeber.az
http://azturkxeber.az

Dəyər verək, zərər görməyək: Dəmir yolunda məsuliyyət hər kəsin borcudur!

20-08-2025

Zərər vermə, dəyər ver.

Bu ilin 7 ayı ərzində ADY-yə məxsus qatarlar sahibsiz buraxılmış təsərrüfat heyvanları ilə 27 dəfə toqquşub. Nəticədə heyvanlar tələf olur, qatarlara zərər dəyir, maşinist təcili tormozlama etməli olur ki, bu da sərnişinlərin həyatına risk yaradır. Həmin heyvanların sahibləri qanunvericiliyə uyğun olaraq cərimələnir.

ADY-nin sıx məskunlaşma ərazilərindən keçən dəmir yolu xətlərinin ətrafına çəkdiyi hasarlar bəzən bu cür məsuliyyətsiz davranışları “hasarlaya" bilmir.

“Yol hərəkəti haqqında” qanunun tələblərinə əsasən

- mal-qaranı dəmiryol xətlərindən xüsusi ayrılmış yerlərdən kənarda, günün qaranlıq vaxtında, məhdud görünmə şəraitində keçirmək qadağandır,

- sürü mal-qara dəmiryol xəttindən təhlükəsiz keçirilmək üçün dəstələrə bölünməlidir.

Gəlin hamımızın sərvəti olan dəmir yollarını və qatarları qorumaq üçün məsuliyyətli və həmrəy olaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031