Zelenski: Ukraynanın amerikalı və avropalı tərəfdaşlarının dəstəyinə ehtiyacı var
“Biz bu müharibənin, Rusiyanın dayandırılmasını istəyirik”.
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüş zamanı deyib. O bildirib ki, Ukraynanın amerikalı və avropalı tərəfdaşlarının dəstəyinə ehtiyacı var.
“Biz güclü insanlar olduğumuzu göstərdik və bu müharibəni dayandırmaq, bunu diplomatik yolla bitirmək üçün Birləşmiş Ştatların - Prezident Trampın şəxsi yardım ideyasını dəstəklədik. Biz Prezidentin dediyi kimi, üçtərəfli görüşə hazırıq. Bu üçtərəfli görüş fikri yaxşıdır”, - deyə Zelenski əlavə edib.