azturkxeber.az
http://azturkxeber.az

Sürücülük vəsiqəsini dəyişmək üçün hansı sənədlər lazımdır? – BDYPİ cavablandırır VİDEO

19-08-2025

Sürücülük vəsiqəsini dəyişmək üçün hansı sənədlər lazımdır? – BDYPİ cavablandırır VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “1 sual – 1 cavab” maarifləndirici rubrikasında vətəndaşların ən çox ünvanladıqları suallardan biri cavablandırılıb.

Sual belə olub: “Sürücülük vəsiqəsini dəyişmək üçün hansı sənədlərlə hara müraciət edilməlidir?”

Rubrikada bu suala mövcud qanunvericilik əsasında rəsmi cavab təqdim olunub. Bildirilib ki, sürücülük vəsiqəsini dəyişmək üçün vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə, eyni zamanda, Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat imtahan şöbəsinə müraciət edə bilərlər. Bunun üçün vətəndaşlara şəxsiyyət və köhnə sürücülük vəsiqələri, dövlət rüsumunun ödənilməsi barədə qəbz və əgər şəxsin yaşı 60 və daha çoxdursa, yaxud gözlə görünə bilən hər hansı fiziki qüsuru varsa, tibbi arayış lazım olur.

Qeyd edək ki, “1 sual – 1 cavab” layihəsinin məqsədi hərəkət iştirakçılarının tez-tez verdikləri suallara sadə və aydın cavablar verməklə, onların yol hərəkəti qaydaları barədə məlumatlılığını artırmaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031