Polis paytaxtda quldurluq edən şəxsi saxladı
Nəsimi rayonunda quldurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs gecə saatlarında zərərçəkmişə zor tətbiq edərək onun mobil telefonunu ələ keçirib.
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 20 yaşlı Q.Qılmanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.