azturkxeber.az
http://azturkxeber.az

Ölkəmizdə 3-cü Peşələr Festivalı keçiriləcək

19-08-2025

Festivala sentyabrın 17-də Astarada start veriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə üçüncü dəfə Peşələr Festivalı keçiriləcək.
“Peşə öyrən, gələcəyini qur!” devizi ilə baş tutacaq festivalın əsas məqsədi düzgün peşə seçimi barədə məlumatlılığı artırmaq, iştirakçılarda müxtəlif peşələr haqqında əyani təsəvvürlər yaratmaqdır.
Azərbaycanın 11 şəhər və rayonunu əhatə edəcək festivala sentyabrın 17-də Astara rayonunda başlanacaq. Festival aşağıda qeyd edilən şəhər və rayonlarda keçiriləcək:
Astara – 17 sentyabr
Biləsuvar – 19 sentyabr
Tovuz – 22 sentyabr
Göygöl – 24 sentyabr
Ağdam – 29 sentyabr
İmişli – 1 oktyabr
Ağsu – 3 oktyabr
Qəbələ – 6 oktyabr
Ağdaş – 8 oktyabr
Xaçmaz – 13 oktyabr
Bakı – 16 oktyabr
Festivalda 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil olunacaq.
İştirakçılar festivala qatılmaqla bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanacaqlar.
Layihə çərçivəsində qeyd edilən peşələr üzrə ekspertlər tərəfindən təqdimat və vorkşoplar da keçiriləcək.
Festivalda iştirak ödənişsizdir. Peşə seçimində maraqlı olan hər kəsi, xüsusilə də gəncləri və tələbələri festivalda fəal iştiraka dəvət edirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031