azturkxeber.az
http://azturkxeber.az

Mark Rütte: Ağ Evdə Ukraynanın ərazisi məsələsi müzakirə edilməyib

19-08-2025

Mark Rütte: Ağ Evdə Ukraynanın ərazisi məsələsi müzakirə edilməyib

Ağ Evə toplaşan liderlər Ukrayna sərhədlərinin yenidən cızılması məsələsini müzakirə etməyiblər.

Bu sözləri NATO Baş katibi Mark Rütte “Fox News”a müsahibəsində deyib. O, bildirib ki, bu, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın da iştirak edəcəyi üçtərəfli görüşdə qaldıracağı məsələdir.

“Biz bu gün bunu müzakirə etməmişik. Ərazi məsələsinə gəldikdə, Ukrayna Prezidenti bunu üçtərəfli formatda və yəqin ki, bundan sonra Vladimir Putinlə keçiriləcək daha çox danışıqlarda müzakirə etməlidir. Bu gün liderlər arasında anlaşma ondan ibarət oldu ki, hər hansı bir ərazinin müzakirə edilməsi üçün təhlükəsizlik zəmanəti olmalıdır və hər bir ölkə bu təminatların nə demək olduğu barədə razılığa gəlməlidir”,- deyə Mark Rütte əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031