azturkxeber.az
http://azturkxeber.az

“Google” 30 milyon avro cərimələnib

19-08-2025

“Google” 30 milyon avro cərimələnib

“Google” şirkəti Avstraliyanın iki ən böyük telekommunikasiya operatoru “Telstra” və “Optus” ilə qeyri-qanuni müqavilələr bağladığına görə 30 milyon avro cərimə ödəyəcək.

Bu operatorun xidmətindən istifadə edən smartfonlarda məcburi “Google” axtarış sistemi quraşdırılıb. Bunun müqabilində operatorlar “Google”nin reklam gəlirlərindən pay alıblar.

Lakin, Avstraliyada belə bir təcrübə birbaşa qanunla qadağandır: Avstraliya Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Komissiyasının bəyanatında vurğulanır ki, “rəqabətin məhdudlaşdırılması adətən istehlakçılar üçün məhdud seçimə, şişirdilmiş qiymətlərə və daha pis xidmətə gətirib çıxarır”.

“Google” bu arqumentlərlə razılaşmaq məcburiyyətində qalıb və cərimə ödəməyə razılaşıb. Korporasiya həmçinin “Android” telefon istehsalçıları və telekommunikasiya operatorları ilə bağladığı müqavilələrdən axtarış sistemlərinin əvvəlcədən quraşdırılmasına dair bəzi məhdudiyyətləri aradan qaldırmaq öhdəliyi də imzalayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031