azturkxeber.az
http://azturkxeber.az

Dendrologiya İnstitutu: Daş palıdın adaptasiya qabiliyyəti yüksəkdir

19-08-2025

Dendrologiya İnstitutu: Daş palıdın adaptasiya qabiliyyəti yüksəkdir

Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun Sənaye əhəmiyyətli bitkilər laboratoriyasının əməkdaşları - Güllü Əliyeva, Zümrüd Məmmədova, Vüsalə İsmayılova və Vüsalə Bədəlovanın həmmüəllifi olduqları “Müxtəlif su şəraitində daş palıdda quruluş və funksional müxtəliflik” sərlövhəli məqalə “Forest science issues” jurnalında dərc olunub.

İnstitutdan bildirilib ki, məqalədə müxtəlif su şəraitində inkişaf edən daş palıd ağaclarının yarpaqlarında morfoloji və fizioloji parametrlərin variasiyası tədqiq edilib, növün adaptasiya qabiliyyəti qiymətləndirilib. Müəyyən edilib ki, daş palıd növünün adaptasiya qabiliyyəti yüksəkdir və ondan ölkə ərazisində yeni meşə zolaqlarının salınmasında müvəffəqiyyətlə istifadə etmək olar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031