azturkxeber.az
http://azturkxeber.az

“Daşkəsəndə qadınların məşğulluğunun artırılması” layihəsi çərçivəsində növbəti maarifləndirici seminar təşkil edilib

19-08-2025

“AzerGold” QSC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı ilə “Daşkəsən rayonunda qadınların məşğulluğunun artırılması” layihəsi çərçivəsində növbəti maarifləndirici seminar təşkil edilib.

Tədbirin məqsədi “Çovdar” qızıl mədəninin yaxınlığında yerləşən kəndlərdə yaşayan qadınların əmək bazarına inteqrasiyasına dəstək göstərmək, onların məşğulluq imkanları barədə məlumatlandırılmasını təmin etmək və yerli əmək resurslarının səmərəli istifadəsinə töhfə verməkdir.

Seminarda iştirak edən qadınlara Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq proqramları – peşə hazırlığı, ödənişli ictimai işlər, özünəməşğulluq proqramı, həmçinin mövcud vakansiyalar və işəgötürənlərlə əməkdaşlıq imkanları haqqında geniş məlumat təqdim olunub. Eyni zamanda, “AzerGold” QSC tərəfindən həyata keçirilən sosial layihələr, regionda icmaların inkişafına yönəlmiş təşəbbüslər və qadınların iqtisadi cəhətdən gücləndirilməsi istiqamətində görülən işlər seminar iştirakçılarının diqqətinə çatdırılıb.

Təlim zamanı iştirakçıların sualları cavablandırılıb, onlara “AzerGold” QSC-nin elektron işə qəbul sistemi, vakant yerlər üzrə namizədlərin imtahan üsulu ilə əmək fəaliyyətinə cəlb edilməsi, eyni zamanda Dövlət Məşğulluq Agentliyinin təqdim etdiyi xidmətlərdən istifadə imkanları barədə geniş bəhs olunub, qadınların bu xidmətlərdən yararlanmaları üçün zəruri məsləhətlər verilib.

Qeyd edək ki, “Daşkəsən rayonunda qadınların məşğulluğunun artırılması” layihəsi 2023-cü ildən etibarən icra edilir. Layihə çərçivəsində təlimlərdə iştirak etmiş və Dövlət Məşğulluq Agentliyinə rəsmi müraciət etmiş qadınlardan 2 nəfəri müvafiq peşə üzrə işlə təmin edilib. Bundan başqa, 4 nəfər özünüməşğulluq proqramı çərçivəsində Qadın gözəllik salonu zərfi üzrə aktivlərlə təmin olunub, daha 7 nəfər növbəyə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031