azturkxeber.az
http://azturkxeber.az

Beyləqanda polis 16 kiloqram marixuana və həşiş aşkarladı

19-08-2025

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib. Tədbir zamanı əvvəllər məhkum olunmuş 36 yaşlı Nahid Allahverdiyev saxlanılıb. 

Üzərindən kibrit qutularında qablaşdırılmış marixuana və həșiş aşkar edilib. Əməliyyatın davamında onun külli miqdarda narkotiki gizlətdiyi yer də müəyyən olunub. Oradan 11 kilqoramdan artıq marixuana və 5 kiloqramdan artıq həşiş aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031