azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Almatıda IV Beynəlxalq Gənclər Festivalında təmsil olunur

19-08-2025

Almatıda Türk Dövlətləri Təşkilatının (TDT) IV Beynəlxalq Gənclər Festivalının açılış mərasimi olub.

Qazaxıstanın cənub paytaxtı ilk dəfə olaraq “2025-ci il Türk dünyasının gənclər paytaxtı” statusuna layiq görülüb.

Açılış mərasimində Lənkəran şəhərinin nümayəndələri rəmzi açarı təntənəli şəkildə Almatı gənclərinə təhvil verib, bununla da qardaşlıq, etimad və yeni imkanlar estafetini davam etdiriblər.

Tədbirdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin, o cümlədən Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistan nümayəndələri gənclər siyasəti, sahibkarlıq, vətəndaş fəallığı və sosial təşəbbüslərin inkişafı sahəsində layihələrin həyata keçirilməsində təcrübələrini bölüşəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031