AZHAB Forumu üçün könüllülərin qəbuluna başlanılıb
Oktyabrın 7-8-də Bakıda keçiriləcək 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumuna könüllülərin cəlb olunması üçün müraciətlərin qəbuluna başlanılıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, forumda könüllü kimi iştirak etmək istəyən gənclər sentyabrın 15-dək müraciət etməlidir.
Forumda iştirak etməklə könüllülər beynəlxalq tədbirin təşkili və idarə olunmasında yaxından iştirak edəcək, komanda ilə işləmək və ünsiyyət bacarıqlarını inkişaf etdirəcək, peşəkar mühitdə real iş təcrübəsi qazanacaq, xarici qonaqlarla ünsiyyət qurmaqla yeni əlaqələr yaratmaq imkanı əldə edəcək, xüsusi təlimə qatılacaq və sertifikatla təltif olunacaqlar.
Ətraflı məlumat və qeydiyyat üçün: https://forms.gle/bnov3Q1n4zNTuUxA9