azturkxeber.az
http://azturkxeber.az

Almaniya Kansleri: Rusiya ilə Ukrayna arasında atəşkəs görmək istəyirik

19-08-2025

Almaniya Kansleri: Rusiya ilə Ukrayna arasında atəşkəs görmək istəyirik

Almaniya Kansleri Fridrix Merts Ukrayna ilə Rusiya arasında atəşkəs istədiyini bəyan edib.

Bu barədə o, Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, onun ukraynalı həmkarı Volodimir Zelenski və Avropa liderləri ilə görüş zamanı deyib. “Növbəti görüşün atəşkəs olmadan baş tutacağını təsəvvür edə bilmirəm”,- deyə bildirib.

Kansler liderləri atəşkəsin əldə edilməsi üzərində işləməyə və Rusiyaya təzyiq göstərməyə çağırıb:

“Atəşkəsin əldə olunması bizim bugünkü səylərimizin nə qədər etibarlı olduğunu göstərəcək. Ona görə də mən bu aspekti vurğulamaq istərdim: Artıq növbəti görüşdə atəşkəsin razılaşdırılması olsun. Növbəti görüş isə məkan fərqi olmadan üçtərəfli keçirilməlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031