ABŞ lideri: Putinlə Zelenski arasında baş tutacaq görüşün təşkilinə başlanılıb
Tramp Zelenski və Avropa liderləri ilə Ağ Evdə keçirdiyi görüşlə bağlı Putinə məlumat verib.
Bu barədə ABŞ Prezidenti “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb. O, bildirib ki, Putinlə Zelenski arasında baş tutacaq görüşün təşkilinə başlayıb.
“Həmin görüş baş tutandan sonra mənim iştirakımla üçtərəfli görüş olacaq. Bu, dörd ildir davam edən müharibənin başa çatması üçün çox yaxşı addımdlr”,- deyə Tramp əlavə edib.