azturkxeber.az
http://azturkxeber.az

ABŞ lideri: Hər şey yaxşı getsə, biz üçtərəfli görüş keçirəcəyik

19-08-2025

ABŞ lideri: Hər şey yaxşı getsə, biz üçtərəfli görüş keçirəcəyik

“Hər şey yaxşı getsə, biz üçtərəfli görüş keçirəcəyik”.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı ilə görüş zamanı deyib.

O bildirib ki, bu baş verərsə, müharibəni bitirmək üçün əsaslı şans olacaq. ABŞ lideri bildirib ki, görüşdə nəticə olmasa, bu, yolun sonu demək deyil: “İnsanlar öldürülür və biz bunu dayandırmaq istəyirik. Bu mənim deyil, Baydenin müharibəsidir. Baş verənlərlə ən çox əlaqəsi olan odur və biz bunun sona çatmasını istəyirik. Ukrayna xalqı inanılmaz dərəcədə əziyyət çəkdi”,- deyə Tramp əlavə edib. ABŞ Prezidenti bugünkü görüşlərin sonunda Ukraynanın təhlükəsizliyi ilə bağlı məsələlərə də aydınlıq gətiriləcəyini açıqlayıb. Jurnalistlərin “Ukraynanın təhlükəsizlik təminatı üçün ABŞ əsgərləri də cəlb edilə bilərmi?” sualına cavabında deyib:

“Bunu bəlkə də günün sonunda sizə bildirəcəyik. Biz yeddi böyük ölkələrin liderləri ilə də görüşürük və bu barədə danışacağıq. Onlar hamısı cəlb ediləcək. Kömək çox olacaq”,- deyə Tramp bildirib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031