azturkxeber.az
http://azturkxeber.az

Xaçmazda avtomobil ağaca çırpılıb, sürücü ölüb

18-08-2025

Xaçmazda avtomobil ağaca çırpılıb, sürücü ölüb

Xaçmaz rayonunun Ağyazı Buduq kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Kia” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və o, maşını yolun kənarındakı ağaca çırpıb. Qəza nəticəsində sürücü, 26 yaşlı Elvin Əlmərdanov deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib. Sürücü maşından çıxarılaraq təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, E.Əlmərdanovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031