azturkxeber.az
http://azturkxeber.az

Sərxoş vəziyyətdə sərnişin daşıyan avtobus sürücüsü həbs edilib

18-08-2025

Sərxoş vəziyyətdə sərnişin daşıyan avtobus sürücüsü həbs edilib

Yollarda baş verə biləcək qəzaların qarşısının alınması və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “İsuzu” markalı, 99-XO-187 dövlət qeydiyyat nişanlı avtobus nəzarət qaydasında Ekoloji nəzarət postunda saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsini idarə edən, Ağcabədi rayonu sakini Tural Hüseyn oğlu Əliyevin alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinənin nəticəsinə əsasən sürücünün sərxoş vəziyyətdə olduğu təsdiqlənib.

Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.

BDYPİ bir daha sürücülərə xatırladır ki, sərxoş vəziyyətdə sükan arxasına keçmək yolverilməzdir. Sərnişin daşıyan hər bir sürücü daşıdığı sərnişinlərin həyatına birbaşa məsuliyyət daşıyır və həmin məsuliyyətin unudulması qəza və faciələrlə nəticələnə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031